RU

Neft yatağında işçi boruya çırpılaraq həyatını itirib

Rusiyanın Perm vilayətində qazmaçının köməkçisi neft yatağında boruya çırpıldıqdan sonra həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə rayon üzrə Dövlət Əmək Müfəttişliyindən məlumat verilib.

Hadisə martın 7-də Vinnikovskoye yatağının 202 saylı quyusunda baş verib. 2001-ci il təvəllüdlü qazmaçı köməkçisinin üzərinə boru kəməri düşməsi nəticəsində başından xəsarət alıb. İşçini xilas etmək mümkün olmayıb.

Hazırda baş verənləri araşdırmaq üçün komissiya yaradılıb. Hadisə şahidləri və işəgötürən rəsmiləri dindiriləcək, həmin şəxsin işi ilə bağlı sənədlərin hüquqi təhlili aparılacaq. Bütün istintaq materialları təqsirli şəxslərin məsuliyyətə cəlb edilib-edilməməsi barədə qərar qəbul etmək üçün istintaq orqanlarına göndəriləcək.

Əfsanə Kamal
Demokrat.az

Избранный
86
demokrat.az

1Источники