RU

Cüdo: Yeniyetmələr Avropa Kubokuna 3 medalla başladılar

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo yığması Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.

Arena.az bu barədə Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.

Избранный
49
5
arena.az

8Источники