RU

"İnter"in futbolçusu iki ayadək yaşıl meydanlardan kənarda qalacaq

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
80
3
report.az

3Источники