RU

Azərbaycan taekvondoçuları 16 medal qazandı

Eyndhoven şəhərində taekvondo üzrə keçirilən 52-ci açıq Niderland çempionatının ikinci günündə milli komandamızın üzvləri yeniyetmələr arasında 5 qızıl, 5 gümüş, 6 bürünc medal əldə ediblər.

Futbolpress.az xəbər verir ki, təmsilçilərimiz Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) Rəsul Cavadzadə (61 kq) qızıl, Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) bürünc medallara layiq görülüblər.

Избранный
33
7
futbolpress.az

8Источники