RU

AFFA-dan “İmişli”nin legionerinə 4 oyunluq cəza

style='margin-bottom:10px;'>

“İmişli”nin futbolçusu Gilyerme Silva AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi 4 oyunluq diskvalifikasiya edilib.

Buna onun 1-ci liqanın 17-ci turunda “Mingəçevir”lə oyundakı hərəkəti səbəb olub. Gilyerme Silva görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna gorə futbolçu 4 oyun cəzalandırılıb. “İmişli” isə 300 manat cərimə edilib.

Избранный
42
teleqraf.com

1Источники