RU

Azərbaycandan ixrac edilən metanolun qiyməti 70%-dən çox bahalaşıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 35 min ton metanol (metilspirti) ixrac edilib.

Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdardametanol ixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞdolları olub.

Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8milyon ABŞ dolları, yaxud da 52,4% çoxalıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan 39,2 min tonmiqdarında, 7,3 milyon ABŞ dolları dəyərində metanol ixracolunub.

Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞdolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dollarıidi.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən metanol ümumiixracın 0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkiledib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycandan 474,1 min tonmiqdarında, 104,4 milyon ABŞ dolları dəyərində metanol ixracedilib.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники