"Real"ın ukraynalı qapıçısı Andrey Lunin La Liqa çərçivəsində baş tutan "Rayo Valyekano" ilə matçın fasiləsi zamanı komanda yoldaşlarına emosional şəkildə etiraz edib.
Publika.az “Defensa Central”a istinadən xəbər veri ki, ilk hissədə qol buraxan Lunin paltardəyişmə otağında rəqib oyunçulara cərimə meydançasının xaricindən çox sayda zərbə vurmasına şərait yaradılmasından qəzəblənib. Lunin mərkəz oyunçuları Luka Modriç və Orelyen Tçuameninin üstünə "bu zərbələri əngəlləməlisiniz", - deyə qışqırıb.
Xatırladaq ki, görüş sonda 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.