"Atletiko Madrid"in hücumçusu Anxel Korrea İspaniya çempionatının "Xetafe" ilə oyununda (1:2) hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb.
Offsideplus.az xəbər verir ki, o, uzun müddətlik diskvalifikasiya ala bilər. La Liqa qaydalarına əsasən, hakimə, köməkçilərə, dördüncü hakimə, menecerlərə və ya idman səlahiyyətlilərinə qarşı təhqir və ya təhqiramiz ifadələr işlətmək, əgər bu daha ciddi qayda pozuntusu deyilsə, 4 oyundan 12 matça qədər cəza ilə cəzalandırılır.
Xatırladaq ki, argentinalı hücumçu “Xetafe”ylə matçın 87-ci dəqiqəsində qırmızı vərəqə alıb. Meydandan qovulan Korrea hakimə və anasına qarşı bir sıra nalayiq ifadələrə yol verib. Bu sözlər nümayəndə tərəfindən matçın protokoluna daxil edilib.