RU

Xosep Qvardiola: “ÇL-ə vəsiqə göydən düşmür, nəsə etməliyik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 28-ci turunun “Nottingem Forest”lə səfər oyununu şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin 0:1 hesablı məğlubiyyət barədə fikrini təqdim edir:

“Gərgin oyun idi, biz keçidlərə nəzarət edirdik, qol vurmalı idik, amma dəqiqliyimiz çatmadı. “Nottingem Forest” yaxşı müdafiə olunurdu. Onlara qarşı oynamaq asan deyil, bax, elə buna görə də onlar yarış cədvəlində bu qədər yüksəkdədirlər. Birinci hissədə bizim üç-dörd məqamımız vardı, ardınca isə hər şey daha da çətin oldu.

UEFA Çempionlar Liqası bölgəsi? Bizim, bu yarışda iştirakımızı təmin etmək üçün 10 oyunumuz var, biz qalib gəlməliyik. Nəsə etmək gərəkdir, Çempionlar Liqasında yer göydən düşməyəcək. Biz bu oyunun çətin olacağını bilirdik. Mövsümdən mövsümə İngiltərə Premyer Liqası daha da yaxşılaşır. Qarşıda bizim 10 finalımız var.
Bəli, bizim sürətimiz əskik idi. Bizə, xətləri pozmaq və azad məkanları tapmaq çətin idi”, deyə Xosep Qvardiola vurğulayıb.

28 oyundan 47 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Nottingem Forest” isə 51 xalla 3-cü pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.

Избранный
20
arena.az

1Источники