ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini altı həftə ərzində təhlil etdikdən sonra onun proqramlarının 83 faizini bağlamaq qərarına gəlib.
Far.Az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat verib.
"Altı həftəlik təhlildən sonra biz USAID-in 83 faiz proqramını rəsmi olaraq ləğv edirik. Ləğv edilən 5200 müqaviləyə on milyardlarla dollar xərclənib və bu vəsaitlərin xərclənməsi ya ABŞ-nin milli maraqlarına uyğun gəlməyib, ya da bəzi hallarda hətta zərər verib", – deyə Rubio bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresi ilə birgə qəbul edilən qərara əsasən, saxlanılan min layihə Dövlət Departamentinin nəzarətinə veriləcək.