RU

Qadın sinəli kişi: Moda Həftəsi qalmaqalla bitdi

Duran Lantink moda nümayişi modellərin xüsusi görünüşünə görə internetdə mübahisələrə səbəb olub.

Publika.az xəbər verir ki, bu mövzuda dizayner Dilarə Fındıkoğlu "İnstagram"da paylaşım edib.

Səhnə nümayişindən sonra qalmaqal yaradan moda tədbiri Paris Moda Həftəsi çərçivəsində baş tutub.

Şou zamanı supermodel Mika Arqanaras çılpaq kişi gövdəsi formasında hazırlanmış korset geyinərək podiuma çıxıb. Nümayiş modelin saxta qadın döşləri geyinməsi ilə yekunlaşıb. Brendin kreativ direktoru Duran Lantink kolleksiyasını belə təsvir edir: “Bu, pis zövqlə oynamaq, sınaqdan keçirməkdir. Biz azad olduğumuz üçün istədiyimizi edəcəyik”.

Qeyd olunur ki, sosial şəbəkələrdə dizaynerin mesajını heç də bütün izləyicilər bəyənməyib.

Избранный
36
publika.az

1Источники