RU

Premyer Liqa: “Turan Tovuz” “Neftçi”dən 10 nəfərlə xal aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.

Ötən tur xalsız qalmış komandaların duelini Rəvan Həmzəzadə idarə edib. Tovuz klubu bu oyundan öncə 42 xalla 4-cü, paytaxt təmsilçisi isə 27 xalla 6-cı sırada qərarlaşmışdı.

Sözügedən komandalar 11-ci dəfə üz-üzə gəliblər. Əvvəlki 10 oyunda “Neftçi” 5, “Turan Tovuz” 1 qələbə qazanmışdı, 4 oyun bərabərliklə yekunlaşmışdı. “Neftçi” son 6 oyunda bu rəqibinə məğlub olmamışdı. “Turan Tovuz” son iki səfər matçında qol vurmamışdı.

Bu görüş tovuzlular üçün yaxşı başlamayıb. Oyunun əvvəlindəcə qonaqların aparıcı futbolçusu Emmanuel Hakman qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Paytaxt klubu rəqibin azlıqda qalmasından yalnız son dəqiqələrdə yararlana bilib. Amma “ağ-qaralar” bu üstünlüyü də qoruya bilməyiblər. Tovuz təmsilçisi sonuncu hücumunda rəqibi şoka salaraq səfərdən 1 xalla qayıtmağa nail olub.

Premyer Liqa
26-cı tur
10 mart

“Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Bassala Sambu, 88 – Hayderson Hurtado, 90+5.
Qırmızı vərəqə: Emmanuel Hakman, 18.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Neftçi Arena”, 19:30.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darboe, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Избранный
74
4
arena.az

10Источники