Bakı. Trend:
Polşa Prezidenti Anjey Duda seçkilərin nəticələrinin Ali Məhkəmətərəfindən təsdiq edilməsinin yeni proseduru haqqında qanunlayihəsini imzalamayıb.
Trend xəbər verirki, bu barədə Polşa Prezidenti ofisinin rəhbəri MalqojataPaprotskaya jurnalistlərə bildirib.
Paprotskaya, Prezidentin qanun layihəsinə veto qoyma qərarınıverdiyini açıqlayaraq, qərarın əsas səbəbinin hakim təyinatlarınıntoxunulmazlığı məsələsi olduğunu söyləyib. Yeni qanun təyin edilmişhakimlərin səlahiyyətlərini ləğv edəcəkdi.
Xatırladaq ki, seçkilərin nəticələrini təsdiqləyən Ali Məhkəməhakimlərinin tərkibinin dəyişdirilməsi təşəbbüsü yanvarın sonundaparlament tərəfindən təsdiqlənib. Qanun layihəsində belə hakimlərinAli Məhkəmənin ən təcrübəli 15 hakimi arasından seçilməsi təklifolunurdu. “Ali Məhkəmə haqqında” qüvvədə olan qanuna görə,seçkilərin nəticələrinin təsdiqi Fövqəladə Hallar və Dövlət İşləriPalatasının səlahiyyətindədir. Hakim koalisiya bu qurumunlegitimliyinə şübhə ilə yanaşır.