“Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və Türkiyə o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта