Bakı. Trend:
Ramazan ayında iftar və imsak saatlarında düzgün qidalanmaq həmbədənimizin, həm də həzm sistemimizin sağlamlığını qorumaqda böyükrol oynayır.
Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloqEmin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, iftarı xurma ilə açmaq, mədəmizi yumşaqşəkildə yeməyə hazırlayır:
“Həmçinin, bol su və ya təbii meyvə şirəsi içmək bədənimizinitirilmiş mayeni bərpa etməyə kömək edir. Yüngül şorbalar, məsələn,toyuq və tərəvəz şorbası, həzm prosesini yavaş-yavaş başladaraqmədə-bağırsaq sisteminə yüngül bir yüklə daxil olur. Mədəmizinəzələ qatları genişlənməyibsə, onu yeməklə doldurmaq həzmi pozar vəqida qəbulundan sonra mədədə ağırlıq hissi yaradar, həzm müddətiuzanar. Eyni zamanda, probiotiklərlə zəngin məhsullar – məsələn,yoğurt və kefir – bağırsaq florasının tarazlanmasına dəstək verirvə həzm prosesini asanlaşdırır. İftarda meyvə və tərəvəzlərinrəngarəngliyi isə bədənimizin ehtiyacı olan vitamin, mineral vəliflə təmin edir”.
Mütəxəssis-ekspert qeyd edib ki, imsakda isə gün boyu enerjimiziqorumaq üçün tam taxıllı məhsullara üstünlük vermək vacibdir:
“Kəpəkli çörək, yulaf və qəhvəyi düyü kimi komplekskarbohidratlar uzun müddət toxluq hissi yaradır. Bunun yanında,yumurta, az yağlı pendir və toyuq kimi asan həzm olunan zülalmənbələri enerjimizi yüksəldir. Sağlam yağlar, məsələn, zeytunyağı, avokado və qoz-fındıq, həm mədəmizi rahatladır, həm də ümumisağlamlığımızı dəstəkləyir. Yeməkləri kiçik porsiyalarda qəbuletmək, yaxşı çeynəmək və çox ədviyyatlı, yağlı qidalardan uzaqdurmaq həzm sistemimizin işini asanlaşdırır. Balanslı bir menyuseçərək, həm karbohidrat, həm zülal, həm də vitamin və minerallarlazəngin qidaları qəbul etmək bədənimiz üçün ideal şəraityaradır”.
E.Məmmədov bildirib ki, Ramazan ayında iftar və imsaksaatlarında həzm sistemini gücləndirmək üçün sadəcə doğru qidalarıseçmək yetərli deyil, həm də bədənimizi dinləyərək, ehtiyacduyduğumuz zaman uyğun nizam-intizamla qidalanmaq önəmlidir.