RU

Trampın xüsusi nümayəndəsi Putinlə görüşmək üçün Moskvaya GEDƏCƏK

Trampın xüsusi nümayəndəsi Vitkoff Putinlə görüşmək üçün Moskvaya gedəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Qeyd edilir ki, görüşün martın 13-də keçirilməsi planlaşdırılır. Lakin Vaşinqton və Kiyev arasında aparılan danışıqlardan, həmçinin Putinin qrafikindən asılı olaraq vəziyyət dəyişə bilər.

Nəşr həmçinin bildirib ki, bu, onların ikinci görüşü olacaq.

Vitkoff Rusiya prezidenti Putinlə ilk görüşünü fevral ayında Amerika vətəndaşı Vogeli Rusiyanın nəzarətindən azad etmək üçün Moskvaya gəldiyi zaman keçirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
74
interpress.az

1Источники