RU

Şamaxıda Berezutskiyə verilən sual Rusiya mətbuatının gündəmində

Azərbaycan Premyer Liqasının XXVI turunun “Şamaxı” – “Sabah” oyunundan sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi Vasili Berezutskiyə verilən sual Rusiya mətbuatında müzakirə mövzusuna çevrilib.

Msport.az xəbər verir ki, “Abdulla Rzayevlə Şakir Seydovu ehtiyata göndərdiniz, qış fasiləsində isə kapitan Elvin Camalova “qapını göstərdiniz”. Yerli futbolçulara qarşı antipatiyanın səbəbi nədir?” sualı rusiyalı mütəxəssisin ölkəsində birmənalı qarşılanmayıb.

Yerli KİV azərbaycanlı futbolçulara qarşı antipatiyada ittiham olunan Berezutskinin cavabına da yer verib: “Heç bir antipatiya yoxdur. Matç zamanı Seymurun meydana daxil olması, eləcə də Xəyalın start heyətdə olması bunu təsdiqləyir. Sualda adıçəkilən futbolçuları ehtiyata göndərməyim onların səviyyəsi ilə bağlıdır. Bu, məşqçilər korpusunun qərarıdır. Çox şey onların işə yanaşmasından asılıdır”.

Qeyd edək ki, “Sabah” səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə uduzub.

Избранный
36
msport.az

1Источники