RU

Makedoniya və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün viza tələbi ləğv ediləcək

"Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq".

APA xəbər verir ki, bu sözləri Azərbaycan və Makedoniya prezidentlərinin mətbuata bəyanatı zamanı Qordana Silyanovska-Davkova deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik", - bildirib.

Избранный
18
20
apa.az

10Источники