RU

Sabiq klubu Dani Alveşi məhkəməyə verdi - 6 milyon tələb edir

Meksikanın "Pumas" klubu keçmiş futbolçusu Dani Alveşə qarşı İdman Arbitraj Məhkəməsinə müraciət edib. 

Fanat.Az xəbər verir ki, məlumatı DAZN yayıb.

Mənbənin məlumatına görə, "Pumas" Alveşin həbsxanaya düşməklə klubun reputasiyasına xələl gətirməkdə günahlandırır. Braziliyalının keçmiş klubu ondan 6 milyon avro tələb edir.

Qeyd edək ki, 41 yaşlı futbolçu 4 il yarım müddətinə azadlıqdan məhrum edilib. 

Dani Alves "Pumas"da 13 oyun keçirib, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Alveş Barselonadakı "Sutton" gecə klubunda qıza təcavüz etməkdə ittiham olunduğu üçün 2024-cü ilin 20 yanvarında nəzarətə götürülüb. Daha sonra braziliyalı müdafiəçi 4,5 il həbs cəzasına və mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib. O, ötən ilin martında 1 milyon avro qarşılığında zaminə buraxılıb.

Mirağa

Избранный
35
fanat.az

1Источники