Aktual.az xəbər verir ki, məhkəmə zamanı diqqətçəkən məqamlardan biri Vardanyanın dəyişmiş imici olub. Məhkəmədən yayılan görüntülərdə onun daha səliqəli saç düzümünə malik olduğu və saqqalını qırxdığı görünür.
Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə saxlanılıb və hazırda ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə prosesi davam edir.