RU

Xaçmazın Niyazabad kəndində Yel çərşənbəsi qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Niyazabad kəndində Yel çərşənbəsi qədimadət-ənənələrə uyğun qeyd olunub.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindənməlumat verilib.

Bildirilib ki, bayram tədbirində Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı nazirininmüavini Sarvan Cəfərov, yerli hüquq mühafizə orqanları, idarə,təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər vəkənd sakinləri iştirak ediblər.

Şənlikdə tonqal qalanıb, elimizin qədim adət-ənənələri vəmərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğdatəmizlənib, qovurğa qovurulub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbiriştirakçılarına səmimi təbriklərini çatdırıb.

Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milligeyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Kosa vəKeçəl bayram iştirakçılarla yumurta döyüşdürüb, şən zarafatlarediblər. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə gənclər“Ənzəli” oynayıblar. Uşaqlar bayram tonqalı üstündən atlanaraqəyləniblər.

Tonqal ətrafında nümayiş etdirilən milli rəqslər, səsləndirilənşeir və mahnılar iştirakçılarda xoş ovqat yaradıb.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Məqalədə:
Избранный
42
az.trend.az

1Источники