Gəncədə yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vuran piyada, Şəmkir rayon sakini, 2010-cu il təvəllüdlü E.Rəhimlinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 12:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İkin tibbi yardım göstərilən azyaşlı ixtisaslı tibbi xidmət almaq üçün Uşaq Xəstəxanasına təxliyə olunub. Baş-beyin silkələnməsi, dirsək oynağının sınığı diaqnozu təyin edilən 15 yaşlı pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта