RU

"Fənərbaxça'' bu futbolçunun yoxluğunda problem yaşayır

''Fənərbaxça''nın Avropa Liqasının 1/8 finalında evdə ''Reyncers''lə görüşdə zəif performans sərgiləməsi və 1:3 hesabı ilə uduzaraq mərhələ adlamaq şansını minimuma endirməsi Fredin komanda üçün nə dərəcədə önəmli futbolçu olması məsələsini yenidən aktuallaşdırıb.

''Football-plus.az'' xəbər verir ki, braziliyalı yarımmüdafiəçi cəzalı olduğu üçün Qlazqo nəhəngi ilə oyunu buraxmalı olmuşdu. ''Sambaçı''nın olmadığı oyunlarda ''Fənər'' bir qayda olaraq problemlə üzləşir. Bunu statistika da sübut edir. Fred ''sarı-lacivərdlilər''də ikinci mövsümünü keçirir. Ötən mövsüm İsmayıl Kartalın dönəmində ''Fənərbaxça'' yalnız 6 rəsmi oyunda məğlub olmuşdu.

Maraqlıdı ki, bunların 4-də Fred iştirak etməmişdi! Eləcə də bərabərə bitən 7 oyunun 4-də Fred yer almamışdı. Joze Mourinyonun dönəmində bir qədər fərqli rolda çıxış edən və hücuma daha çox kömək edən təcrübəli futbolçu ilə bağlı bu mövsüm də bənzər statistika mövcuddu. Belə ki, ''Fənər''in bu mövsüm meydanı başıaşağı tərk etdiyi 6 rəsmi oyunun 3-də Fred iştirak etməyib!

Hər üç oyun avrokuboklara təsadüf edib. Komanda 32 yaşlı futbolçu olmadan ''Reyncers''dən başqa daha öncə evdə ''Atletik''ə (0:2) və səfərdə ''Lill''ə (1:2) uduzmuşdu. Mourinyo özü də ''Reyncers''lə qarşılaşmanın ardından Fredin yoxluğunu hiss etdiklərini etiraf etmişdi. Cavab matçında artıq onun oynamasına heç kim mane ola bilməyəcək. Sözsüz ki, bu məqam da Qlazqo səfəri öncəsi ''Fənər''liləri ümidləndirir.

ƏLİ

Избранный
14
football-plus.az

1Источники