RU

Azərbaycanlı ərindən boşanan rusiyalı müğənni yenidən evlənmək istədiyini etiraf etdi

Azərbaycanlı ərindən boşanan Rusiyanın məşhur estrada ulduzu Alsu ikinci dəfə evlənmək niyyətinin olduğunu deyib.

BAKU.WS xəbər verir ki, o, bu barədə "NEWS.ru" ilə söhbətində danışıb.

Alsu hələlik sevgilisinin olmadığını açıqlayıb. Sənətçinin özünə partnyor tapmağa vaxtı yoxdur.

O, bu yaxınlarda görüşməyə başladığını əlavə edib. Təxminən iki həftə əvvəl müğənni potensial talibi ilə görüşüb, lakin bu, ciddi heç nəyə gətirib çıxarmayıb. Sənətçi onunla dost çevrəsi vasitəsilə tanış olduğunu bildirib.

Qeyd edək ki, müğənni Alsunun keçmiş əri iş adamı, əslən Bakıdan olan Yan Abramovdur. Cütlük 2024-cü il avqustun 27-də Moskvanın Presnenski rayon məhkəməsndə nikahlarını rəsmi olaraq pozub.

Избранный
16
far.az

1Источники