RU

Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq,terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesindəzərərçəkmişlər ifadə veriblər.

Trend xəbərverir ki, zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı mediavasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərəkAzərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərəkxəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqustayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyinideyib.

Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı,Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl,İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanıyaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyanaən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Избранный
15
34
az.trend.az

10Источники