RU

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlandı

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın cinayət işi üzrə məhkəmənin növbəti iclası martın 18-nətəyin olunub.

Trend xəbərverir ki, bu barədə bu gün keçirilən məhkəmə prosesinin baxışiclasında bildirilib.

Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində hakimlər ZeynalAğayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarəttərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim GünelSəmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilindətərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təminolunub.

İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izahedib.

Ardınca təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəməproseslərində verdiyi vəsatətlərin bir qisminin təmin olunmadığınıqeyd edərək, işə baxan hakimlər kollegiyasına etirazınıbildirib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisiVüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, eyni məzmunluvəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərarlarqəbul olunub. Həmçinin Azərbaycan Respublikasınıncinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkrethallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasınınzəruri olduğu vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın özetirazını qanunvericiliyin müəyyən etdiyi hallara uyğun deyil,vəsatətlərinin təmin olunmaması ilə əsaslandırmasıcinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas olabilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasınıməhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittihamtərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eynixüsusat üzrə artıq dördüncü dəfədir hakimlər kollegiyasına etirazetdiyini, göstərdiyi halların hər birinə əvvəllər ətraflı baxılaraqqərar verildiyini, hazırkı prosesdə hər hansı yeni dəlil təqdimolunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təminetməyib.

Sonra dövlət ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsəAzərbaycanın Respublikasının əvvəllər işğal altında olmuş suverenərazilərinin minalanması, oraya müxtəlif yerlərdən, o cümlədənErmənistandan silahların daşınması prosesi, əldə olunması, bununüçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydadaformalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onunrəhbərliyi və yüksək vəzifəli şəxslərinin iştirakı, dəstəyi,razılıq və icazələri, eləcə də könüllü və muzdluların Azərbaycanınsuveren ərazilərində qalan Ermənistan ordusu ilə və Ermənistanlaəlaqələri barədə suallar verib.

Təqsirləndirilən şəxs sualları cavablandırmaqdan imtinaedib.

Daha sonra iş üzrə şahidlər dindirilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Избранный
33
8
az.trend.az

9Источники