RU

AFFA Ruslan Qurbanovun 4 oyunluq cəzasını yüngülləşdirdi

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin 2-ci Liqada çıxış edən “Hypers Quba”nın apellyasiya şikayətini qismən təmin edilib.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi 4 oyunluq cəzanı 2 matça endirib. Təcrübəli oyunçuya üç aylıq sınaq müddəti təyin edilib.

Apellyasiya Arbitraj Tribunalının müvafiq qərarları belədir:

1.“Hypers Quba Futbol Klubu” tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2.1 mart 2025-ci il tarixdə 2-ci Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Quba” komandasının 11 nömrəli futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 4 oyun cəzalanması və klubun 300 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 4 mart 2025-ci il tarixli qərarı oyun cəzası hissəsində dəyişdirilsin.

3.Futbolçu Ruslan Qurbanov barəsində tətbiq olunan 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəza şərti olaraq tətbiq edilsin.

4.Futbolçu Ruslan Qurbanov tərəfindən şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin və sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablansın.

5.AFFA İntizam Komitəsinin 04 mart 2025-ci il tarixli qərarı “Hypers Quba Futbol Klubu” üçün müəyyən olunan cərimə sanksiyasına münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın.

6.Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

7.Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Xatırladaq ki, Ruslan Qurbanov 2-ci liqanın 14-cü turunda “Şəmkir”lə görüşdə hakimi təhqir etdiyi üçün cəzalanmışdı. Quba təmsilçisi 300 manat cərimə olunmuşdu.

Избранный
45
arena.az

1Источники