Fransa Ukraynanın tərksilah edilməsini rədd edəcək. Metbuat.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu açıqlama verib. O bildirib ki, Paris Ukraynanın tərksilah edilməsi barədə istənilən təklifi rədd edəcək. Parisdəki Hərbi Məktəbdə Paris Müdafiə və Strategiya Forumunda çıxış edən nazirin sözlərinə görə, dünya yeni dövrə qədəm qoyub. Sebastien Lecornu bəyan edib ki, təhlükəsizlik zəmanətinin Ukrayna ordusunun olması prinsipi ilə hərəkət etmək lazımdır. Buna görə də, Fransa Ukraynanın istənilən tərksilah edilməsini rədd edəcək. Fransalı nazir vurğulayıb ki, avropalılar öz təhlükəsizlik və müdafiə strategiyalarını başqalarının ixtiyarına buraxa bilməzlər.