RU

Millimizin üzvü oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Albaniya Super Liqasında XXIX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Laçi"nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub.

22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, xallarının sayını 53-ə yüksəldən "Eqnatiya" çempionatda liderliyini davam etdirir.

"Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər

Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə

Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək

Fernandu Santuş bu tarixdə jurnalistlərin suallarını cavablandıracaq

"Çelsi"nin yarımmüdafiəçisi La Liqa yolunda

Избранный
30
apasport.az

1Источники