RU

İsrail Ordusu İordan çayının qərb sahilində reydlərdə 35 nəfəri saxlayıb

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yeni silsilə gecə reydləri həyata keçirib. Reydlər zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinən 35 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Dünən gecə (martın10-da - red) təhlükəsizlik qüvvələri bütün Yəhudeya və Samariyada (İordan çayının İsrailə aid qərb sahili) terrorun qarşısını almaq üçün əməliyyat keçirib. İsrail qüvvələri üç terrorçunu öldürüb. Axtarışda olan 35 şəxs, o cümlədən bir neçə HƏMAS terrorçusu saxlanılıb və silah-sursatlar ələ keçirilib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, mübarizə davam edəcək.

Избранный
18
report.az

1Источники