RU

“Səs-küy axşam 10-da başlayır, səhər 7-yə qədər davam edir” - Video

Paytaxtın Səbail rayonundakı “XS” gecə əyləncə mərkəzi ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən məkanın yerləşdiyi binanın sakinləri səs-küyün onları narahat etdiyini deyirlər.

“Səs bizi çox narahat edir. Axşam 10-11-də başlayır, səhər 6-7-yə qədər davam edir. Başını yastığa qoya bilmirsən, səsdən yastıq belə tərpənir...”, – deyə sakinlərdən biri bildirib.

Əyləncə məkanının sahibi isə deyir ki, obyekt tavanından döşəməsinədək izolyasiya olunub, məkandan nəinki aşağı mərtəbələrə, hətta küçəyə belə səs  yayılmır.

Ətraflı “Xəzər TV”nin süjetində:

Избранный
8
4
qafqazinfo.az

8Источники