RU

10 oyunluq diskvalifikasiya – İrqçi ifadələrə görə

İtaliyanın “Kremoneze” klubunun futbolçusu Franko Vaskes ağır sanksiya ilə üzləşib.

Msport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi 10 oyunluq diskvalifikasiya olunub.

Buna səbəb 36 yaşlı pleymeykerin B Seriyasının 26-cı turunda “Bari” ilə səfər görüşündə rəqibin müdafiəçisi Mehdi Dorvala qarşı irqçi ifadələr işlətməsi olub. Məhz Vaskesin nalayiq sözlərindən sonra əlcəzairli oyunçu göz yaşları içində meydanı tərk edib.

Qeyd edək ki, fevralda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. “Kremonese” hazırda 45 xalla 4-cü pillədə qərarlaşır.

Избранный
7
msport.az

1Источники