Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, saat 16:00-da “Sərhədçi” ilə “Gəncə” üz-üzə gələcək.
Mərhələnin son matçında, saat 19:00-da isə “Sabah” “Neftçi” ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ötən gün keçirilən görüşlərində NTD "Şəki"ni 71:66, “Naxçıvan” isə “Abşeron”u 102:60 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
NBA: Alperen oynadı, komandası məğlub oldu
Basketbol üzrə U-12 liqasına start verilib
Amerikalı basketbolçu "Ordu"da
“Ordu”nun baş məşqçisi: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”
“Lənkəran”ın baş məşqçisi: “Çox top itkiləri etdik”