RU

Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının sessiyasında çıxış edib - FOTO

“Son otuz il ərzində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması əsasında dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib”.

Korrespondent.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında çıxışı zamanı deyib. 

“Məişət zorakılığının, erkən nikahların, qohum nikahlarının qarşısının alınması üçün qanunvericilikdə yeni tənzimləyici normalar yaratmışıq. Komitənin əlaqələndirməsilə yerli icra hakimiyyəti orqanları yanında müvafiq monitorinq və əlaqələndirmə qrupları yaradılıb. “Məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın icrası uğurla başa çatıb və hazırda yeni plan hazırlanıb. “Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” yenilənib”, - deyə komitə sədri əlavə edib.

O bildirib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsiz müharibələrdən, işğaldan, etnik təmizləmə aktlarından qaynaqlanır. Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalın dağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir.

Избранный
10
2
korrespondent.az

3Источники