RU

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edildi

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Siyasətçi Dövlət Mühafizə Xidmətinin vəsaitlərini şəxsi ehtiyacları üçün mənimsəməkdə ittiham olunurdu. Bura geyimlər, oğlunun təhsili, avtomobil icarəsi, kosmetik prosedurlar və s. kimi məsələlər aid edilib.

Cəza müddəti Saakaşvilinin həbs edildiyi andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, o, 2030-cu il oktyabrın 1-də azadlığa buraxılacaq.

Eyni zamanda, onun barəsində 2007-ci il noyabrın 7-də baş vermiş hadisələr və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri də davam etdirilir.
Tural Tağıyev
AzVision.az

Избранный
33
1
azvision.az

2Источники