Bakı. Trend:
Azərbaycanda inflyasiyanı artıra biləcək daxili risk faktorlarıkimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafiartımı qeyd oluna bilər.
Trend-ə bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd edilib ki, kredit aktivliyinin qiymət sabitliyinə mümküntəsirləri daim izlənilir.
“Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yaradabiləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarətmüharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərinmümkün dəyişkənliyi aiddir.
Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə millivalyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarınıninflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faizdəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsizərurəti yaranır”, - deyə məlumatda bildirilib.