AFFA rəhbərliyinin uşaqlar üçün təşkil etdiyi müxtəlif layihələrdən daha biri uğurla həyata keçirilir.
Offsideplus.az xəbər verir ki, bu dəfə növbə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı uşaq evində yaşayan uşaqlarındır.
AFFA və Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihədə futbol dərsləri uğurla davam edir.
Məqsəd fiziki inkişafı təşviq etmək, uşaqlara komanda ruhunu aşılamaq, sosial bacarıqları artırmaq, uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, onlara gələcəkdə daha yaxşı imkanlar yaratmaqdır. Uşaqlar həmyaşıdları ilə güclü dostluq əlaqələri qurur və sağlam həyat tərzi ilə tanış olurlar.
İdman dərslərini AFFA tərəfindən ayrılan məşqçi keçir
Layihə çərçivəsində uşaqlar üçün Novruz şənliyi də baş tutub. Bayram mahnıları səsləndirilib, oyunlar təşkil edilib və uşaqlara ənənəvi yeməklər təqdim olunub.