RU

Cənubi Koreya kəndi bombaladı, Şimaldan xəbərdarlıq gəldi: Üzr üçün vaxt qalmayacaq

  Şimali Koreya Cənubi Koreya ordusuna məxsus iki “KF-16” döyüş təyyarəsinin təsadüfən yaşayış məntəqəsini bombalamasına reaksiya verib.

Bu barədə Şimali Koreya mətbuatı məlumat yayıb.

Açıqlamada hadisənin ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimi zamanı baş verdiyi bildirilib:

"Kukla dövlətə aid iki döyüş təyyarəsi ABŞ ilə birgə həyata keçirilən geniş miqyaslı real atış təlimləri zamanı bir mülki kəndi hədəfə alaraq misli görünməmiş bombardman həyata keçirib. Əgər bombalar bir az daha şimala atılıb sərhədimizi keçsəydi, vəziyyətin necə inkişaf edəcəyini təxmin etməyə ehtiyac yoxdur”.

Vurğulanıb ki, bu hadisə nüvə müharibəsi riskinin mövcudluğunu ortaya çıxara bilər: “Bu, ABŞ və müttəfiqlərinin təlimlərinin iddia edildiyi kimi Koreyada və regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş hərəkətlər olmadığını, dünyanın ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər olduğunu göstərdi.

Düşmənin hərbi manevrlərini yaxından izləyirik. Hər hansı gözlənilməz inkişafa qarşı xəbərdarlıq etmədən amansız hərəkətə keçəcəyik. O zaman üzr üçün vaxt qalmayacaq".

Qeyd edək ki, Cənubi Koreya ordusuna məxsus iki “KF-16” qırıcısı ABŞ-la birgə təlim zamanı səhvən Poçeon şəhərindəki kənd yaşayış məntəqəsinə 8 ədəd “MK-82" bombası atıb. Nəticədə 29 nəfər xəsarət alıb, bir çox binaya ziyan dəyib.//publika.az


Избранный
31
1
referans.az

2Источники