RU

Dövlət Komitəsi: Qəsdən adam öldürmə cinayətlərinin yarısı məişət zorakılığı ilə bağlıdır

Qeydə alınan qəsdən adam öldürmə cinayətlərinin təqribən yarısı məişət zəminində baş verən zorakılıq halları ilə bağlıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Taliyə İbrahimova bildirib ki, sağlamlığa ağır zərərvurma hallarının hər beşdə biri də ailə münaqişəsi zəminində baş verən faktlardır: “Bunlar onu göstərir ki, ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericilik təkmilləşdirilməlidir”.

Избранный
35
apa.az

1Источники