Azərbaycan yığmasının üzvü Mahir Emreli şərəfini qoruduğu Almaniyanın "Nürnberq" klubunun heyətində bu həftəsonu meydançaya çıxacaq.
Offsideplus.az məşhur BILD nəşrinə istinadən xəbər verir ki, bununla bağlı məlumatı komandanın baş məşqçi Miroslav Kloze verib.
Alman çalışdırıcı bildirib ki, M.Emrelinin oruc tutmasına baxmayaraq, onun köməyinə ehtiyac var: "Mahirlə uzun söhbətim oldu. Sonra biz birgə qərar verdik. Mən həmişə 100 faiz gücümüzü ortaya qoymağı sevirəm. Ötən tur "Proyssen"lə görüşdə də belə idi. Buna görə Mahir qarşıdakı derbiyə hazırlaşır. Bu oyuna nikbin köklənmşəm".
Emreli oruc tutduğuna görə, 2-ci Bundesliqanın son turunda "Proyssen"lə görüşü (1:0) kənardan izləmişdi. "Nürnberq" növbəti oyununu martın 16-da eyniadlı şəhərin digər təmsilçisi "Qröyter"ə qarşı keçirəcək.
Mahirin komandası hazırda 38 xalla 8-ci pillədə qərarlaşıb.