RU

Pekində İranın nüvə məsələsinə dair üçtərəfli görüş olacaq

Pekin, 12 mart, AZƏRTAC

Martın 14-də Pekində İranın nüvə məsələsinə dair Çin, Rusiya və İranın üçtərəfli görüşü olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Görüşdə Çin heyətinə xarici işlər nazirinin müavini Ma Caosu, Rusiya heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, İran heyətinə isə xarici işlər nazirinin müavini Kazem Qaribabadi rəhbərlik edəcək. Tərəflər İranın nüvə məsələsindən başqa qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edəcəklər.

Qeyd edək ki, həftə ərzində 3 ölkə Hind okeanının şimalında birgə hərbi dəniz təlimi də keçirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
14
azertag.az

1Источники