İvanişvili mafiya klanı vətənə sədaqəti, vətənə sevgini belə cəzalandırır. Bizi qorxuda bilməyəcəklər, güc birlikdədir.
Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin ona verdiyi hökmə belə münasibət bildirib.
Saakaşvilinin yazdığı kimi, bugünkü məhkəmə qərarı ilə “qalibin iradəsi birbaşa yerinə yetirildi”.
“Fatehin iradəsi bilavasitə həyata keçirilir, bu, onların Gürcüstanı təslim etməməyimə, əsrlər boyu ilk dəfə cəsarət edib uğurlu Gürcüstan dövlətini yaratmağımıza cavabıdır. Onlar heç nə tapmayandan sonra prezident aparatının rəsmi xərclərinə görə məni faktiki olaraq ömürlük həbsə məhkum etdilər.
İvanişvili mafiya klanı vətənə sədaqəti, vətənə sevgini belə cəzalandırır.
Bizi qorxuda bilməyəcəklər!
Güc birlikdədir!", - Saakaşvili yazıb:
Məlumat üçün bildirək ki, xüsusilə külli miqdarda büdcə vəsaitlərinin qrup şəklində mənimsənilməsi işi üzrə Tbilisi Şəhər Məhkəməsi üçüncü prezident Mixail Saakaşvilini 9 il, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı isə 300 min lari məbləğində cərimələyib.
İş üzrə qərarı hakim Badri Koçlamazaşvili elan edib. Prokurorluq Saakaşvili və Janaşiyanı qrup şəklində büdcə vəsaitlərini xüsusilə böyük məbləğdə - 9 milyon lari mənimsəməkdə ittiham edib.
QAZİLER.AZ