RU

Tramp Təhsil Nazirliyinin 1300 işçisini ixtisara saldı – Etrazlar başlayır

Çərşənbə axşamı ABŞ Təhsil Nazirliyi 1300 əməkdaşını ixtisar etdiyini açıqlayıb. Donald Trampın administrasiyası Ağ Evə gələndən sonra qurumun işçiləri yarıya qədər ixtisar edilib.

Təhsil naziri Linda McMahon deyib ki, ixtisarlar maliyyəni ən çox ehtiyac duyulan yerə: tələbələr, valideynlər və müəllimlərə yönləndirməyə kömək edəcək.

Prezidentlik kampaniyası zamanı Donald Tramp “radikalların, fanatiklərin və marksistlərin” əlində olduğunu dediyi federal Təhsil Departamentini bağlayacağını və pulu daha yaxşı idarə edə biləcəyinə inandığı qurumlara vəsait göndərəcəyini vəd edib. Bununla belə, Prezident Konqresin razılığı olmadan şöbəni ləğv edə bilməz. Senatda təhsil naziri kimi təsdiqlənən dinləmələr zamanı Linda Makmahon vurğulayıb ki, onun məqsədi departamenti yenidən təşkil etmək və işçilərini ixtisar etməkdir.

Hökumət işçilərinin həmkarlar ittifaqı bildirib ki, “Tramp administrasiyası özünü Amerika xalqına xidmət etməyə həsr etmiş minlərlə departament işçisinə tam hörmətsizlik göstərib”. Onlar ixtisarlarla mübarizə aparmaq niyyətlərini açıqlayıblar.

ABŞ-də Federal Təhsil Departamentinin fəaliyyəti federal qrantların paylanması, tələbə kreditləri, Amerika təhsil müəssisələrinin fəaliyyətinin təhlili, ayrı-seçkiliyə qarşı qanunlara riayət olunmasına nəzarət və təhsilə hamının əlçatanlığının təmin edilməsi ilə məhdudlaşır.

“AzPolitika.info”

Избранный
9
azpolitika.info

1Источники