RU

Ermənilərin əksəriyyəti konstitusiya dəyişikliyinə qarşıdır - "Gallup"

AzVision.az xəbər verir ki, bununla bağlı aparılmış müvafiq sorğunun nəticələrini "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan təqdim edib.

Respondentlərdən dəyişikliyi zəruri hesab edib-etmədikləri soruşulub. Rəyi soruşulanların 18,4%-i Konstitusiyanın bəzi bəndlərinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd edib. 7,5% yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyi ilə razıdır. Digər 59,6% isə bu mühüm sənədin dəyişməz qalmasının tərəfdarı olub. 14,5% sorğuya cavab verməkdə çətinlik çəkib.

Navasardyan xatırladıb ki, 2024-cü ilin yanvarında Nikol Paşinyan bu məsələni ilk dəfə açıqlayıb gündəmə gətirəndə rəqəmlər fərqli idi. Daha sonra 14% bəzi məqamların dəyişdirilməsinin zəruriliyindən, 13% yeni Konstitusiyanın qəbulundan danışdı. 34,2% isə dəyişikliklərin əleyhinə olmuşdu.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət etmişdi. O, deyib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac yaranıb.

Tural Tağıyev
AzVision.az

Избранный
9
1
azvision.az

2Источники