RU

Tramp yenə hədələdi: "51-ci ştatımız olmalısınız"

ABŞ prezidenti Donald Tramp Kanadaya əlavə rüsumlar tətbiq etməklə bağlı təhdidlərini təkrarlayıb.

Publika.az xəbər verir ki, Tramp Kanadanın Ontario əyalətinin ABŞ-a satılan elektrik enerjisinə 25 faizlik tarif tətbiq edəcəyi barədə açıqlamasına reaksiya verib.

Tramp Kanadadan ABŞ-a gələn bütün polad və alüminium məhsullarına əlavə 25 faiz gömrük rüsumu əlavə edəcəklərini və ümumi nisbəti 50 faizə çatdıracaqlarını bildirib: "Mən tezliklə o bölgədə elektrik enerjisi üçün Milli Fövqəladə Hal elan edəcəyəm. Bu, ABŞ-a Kanadadan gələn təhlükəni azaltmaq üçün sürətlə hərəkətə keçməyə imkan verəcək”.

O, həmçinin qeyd edib ki, Kanada ABŞ-ın müxtəlif süd məhsullarına 250 faizdən 390 faizə qədər ferma tariflərini dərhal ləğv etməlidir.

Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə bütün gömrük rüsumlarından azad ediləcəyini, hərbi baxımdan daha təhlükəsiz olacağını bəyan edib:

Избранный
14
publika.az

1Источники