Məlum gərginlik fonunda Zelenski Trampın təklifləri ilə razılaşacaqmı? Perspektivdə hansı proseslərin şahidi ola bilərik?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Əli Mustafayevdeyib ki, ABŞ-Ukrayna arasında Ciddədə baş tutan görüşdə bir çox məsələlərlə bağlı razılıq əldə edilib:
"Hansısa məsələlərdə fikir ayrılıqlarının olduğu istisna edilmir. Lakin nəticədə müəyyən razılıq əldə edilib. Ayın 14-də Tramp və Putin arasında görüş baş tutması gözlənilir. Güman ki, bu telefon danışığı olacaq. Burada Zelenskinin iştirakı nəzərdə tutulmur. Həmin görüş müsbət nəticə ilə yekunlaşarsa, üçtərəfli görüşün də baş tutması istisna edilmir.
Əli Mustafayev
Moskvaya kütləvi PUA hücumundan sonra Rusiyanın atəşkəsə isti baxacağını düşünmürəm. Belə olacağı təqdirdə müharibənin davam etməsi perspektivi daha çoxdur. Rusiya bununla ABŞ-ın hədəfinə gələ bilər. Rəsmi Moskva çox çalışır ki, heç bir formada ABŞ-la üz-üzə gəlməsin.
Son vaxtlar Rusiya və Çin arasında da müəyyən anlaşmazlıqlar yaşanır. Belə halda Trampla qarşıdurmaya girmək Rusiya üçün fəlakət olar".