RU

Ötən il Fransada 60 mindən çox sahibkar işini itirib

Paris, 12 mart, AZƏRTAC

Ötən il Fransada işsiz sahibkarların sayı 60 min 852 olub ki, bu da bir il ərzində 18 faiz artım deməkdir. Bu, 2015-ci ildən bəri aparılan statistikada qeydə alınan ilk antirekorddur.

AZƏRTAC xəbər verir ki, Fransa Sahibkarların Məşğulluq Observatoriyasının (l’Observatoire de l’emploi des entrepreneurs) yaydığı məlumatda tikinti və nəqliyyat-logistika sektorundakı sahibkarların daha çox iqtisadi gərginliyin təsirinə məruz qaldığı vurğulanıb.

İqtisadi gərginlik təsirinə məruz qalan sahibkarların təxminən üçdə biri 10 ildən çox yaşı olan müəssisələrdir. Ancaq araşdırmalar 10 ildən çox yaşı olan müəssisələrin də “immunitet”ə malik olmadığını göstərib.

Sahibkarların Məşğulluq Observatoriyası bildirir ki, iş yerlərinin itirilməsinin təxminən dörddə biri İle-de-Frans bölgəsində cəmləşib və 14 min 227 sahibkar işsiz olub ki, bu da 25,2 faiz artım deməkdir.

GSC assosiasiyasının prezidenti Herve Kermarrek mətbuata açıqlamasında bildirib ki, bu vəziyyət xüsusilə gərgin iqtisadi kontekstdə baş verir. İnflyasiyaya nəzarət olunsa da, zəif artım biznesləri zəiflədir. Tez-tez gəlir çətinlikləri ilə üzləşən sahibkarlar fəaliyyətlərini davam etdirmək üçün mübarizə aparırlar.

Öz növbəsində, “Altares” tədqiqatlarının direktoru Tyeri Millon da mətbuat açıqlamasında aylardır rekord vuran şirkət uğursuzluqlarından danışıb: “Birbaşa və ya restrukturizasiyadan sonrakı ləğvetmələr üstünlük təşkil edir ki, bu da 2024-cü ildə 60 mindən çox, 2025-ci ildə isə daha çox sahibkarın işinin ləğv olunacağından xəbər verir”, - deyə o, qeyd edib.

Избранный
10
1
azertag.az

2Источники