RU

Ərdoğan İmralıdan qayıdanları qəbul edəcək: Əgər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Ərdoğan Xalqların Bərəbərlik və Demokratiya Partiyası (DEM Partiyası) İmralı heyəti ilə görüşə biləcəyini bildirib. Jurnalistlərin "DEM heyəti ilə görüşəcəksinizmi?" sualına cavab verən Ərdoğan "Dostlarım İmralı heyəti ilə görüşəcək. Məndən görüş istəsələr, edərəm",- deyib. 

Öcalanın çağırışı oxunduqdan sonra DEM heyəti ikinci siyasi partiya turlarına başlayıb. Bu çərçivədə DEM Partiyasının həmsədrləri Tülay Hatimoğulları Oruç və Tuncer Bakırhan həftənin əvvəlində CHP (Cümhuriyyət Xalq Partiyası), EMEP (Əmək Partiyası ) və DEVA (Demokratiya və Sıçrayış Partiyası) Partiyasını ziyarət ediblər. DEM Partiyasının nümayəndə heyətinin siyasi partiya turu bu gün Səadət Partiyası, Gələcək Partiyası və Türkiyə İşçi Partiyası ilə davam edib. DEM heyəti 17 mart bazar ertəsi TBMM-də MHP və AK Partiya ilə görüşəcək. 

Избранный
14
cebheinfo.az

1Источники