RU

Dövlət qulluğu imtahanından keçənlərə sertifikatların verilməsinə başlanılıb

Bakı. Trend:

23 yanvarda keçirilən dövlət qulluğuna qəbul imtahanlarında uğurəldə edən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki,Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar2025-ci il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) və B(inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədiləkeçirilən test imtahanlarında uğur qazanaraq sertifikat əldə etməküçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmişnamizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdimetməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonuSüleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektronimtahanlar korpusundan əldə edə bilərlər.

"Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan,Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etməkistəyən şəxslər [email protected] elektron poçt ünvanına şəxsiyyətitəsdiq edən sənədin surətini əlavə etməklə müraciətgöndərməlidirlər",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
37
2
az.trend.az

3Источники