Almaniya kansleri Olaf Şolz Ukraynada 30 günlük atəşkəs ideyasını alqışlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“30 günlük atəşkəs ideyası Ukraynada ədalətli sülhə nail olmaq yolunda mühüm və düzgün addımdır. Biz Ukrayna və ABŞ-ı dəstəkləyirik və Ciddə görüşündə səslənən təklifləri alqışlayırıq. İndi növbə Putindədir”, - deyə o yazıb.
Bundan əvvəl 30 günlük atəşkəs təklifi Fransa prezidenti Emmanuel Makron tərəfindən müsbət qarşılanıb.
Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində 8 saata yaxın danışıqlar aparıb.
Nəticədə Kiyev 30 günlük atəşkəsin yaradılmasına razılıq verib. Buna cavab olaraq ABŞ Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcəyini bildirib.